“Araz-Naxçıvan” – “Qəbələ” oyununun təyinatları müəyyənləşdi
Xəbərlər / 22 Oktyabr 2026 | 12:3512
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun təyinatları müəyyənləşdi

Misli Premyer Liqasında IX turun təyinatları açıqlanıb.

 

“Araz-Naxçıvan” – “Qəbələ” matçını Əkbər Əhmədov idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Gülnurə Əkbərzadə, dördüncü hakim Fərid Hacıyev olacaq.

 

Nicat İsmayıllı VAR, Tərlan Talıbzadə AVAR funksiyasını yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

 

Qeyd edək ki, oktyabrın 23-də Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.