“Araz-Naxçıvan” – “Qəbələ” oyununun vaxtı dəqiqləşdi
Xəbərlər / 12 Yanvar 2024 | 15:081501
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun vaxtı dəqiqləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. “Qəbələ”nin “Araz-Naxçıvan”la səfər matçının vaxtı müəyyənləşib.

Bu görüş yanvarın 31-də baş tutacaq. Komandamızın səfər qarşılaşması “Dalğa Arena”da keçiriləcək.

Matç saat 16:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku

1/4 final, ilk oyun

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”

“Dalğa Arena”