«Araz-Naxçıvan» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 5 Avqust 2023 | 20:391610
«Araz-Naxçıvan» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün II turunun oyun cədvəli açıqlanıb. Avqustun 12-14-də keçiriləcək turun görüşləri üç günü əhatə edəcək. “Qəbələ” ilk oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Araz-Naxçıvan”ın qonağı olacaq. Avqustun 12-də keçiriləcək qarşılaşma “Dalğa Arena”da baş tutacaq. Oyunun start fiti saat 21:00-da veriləcək. 

Xatırladar ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

II tur

12 avqust (şənbə)

21:00. “Araz-Naxçıvan” – “Qəbələ”

“Dalğa Arena”