Ardıcıl 3-cü heç-heçə
“Qəbələ” – “Sumqayıt” – 1:1
3 oktyabr 2020. Saat 14:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Merab Qiqauri, 49 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 68 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 76 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 81 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 85 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 71 (oyun qaydalarının sistematik şəkildə pozulması)
Qollar: Rafael Utriq, 44 // Əli Qurbani, 26
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” V turda “Sumqayıt”la görüşüb. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində son matçına çıxan Elmar Baxşıyevin yetirmələrini rəqibini Qəbələ şəhər stadionunda qəbul edib. Futbolçular və hakimlər qarşılaşmadan öncə meydana xüsusi geyimdə və üzərində “Ordumuzun yanındayıq! İrəli, Azərbaycan əsgəri!” yazılmış pankartla çıxıb. Bununla da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
“Qəbələ” “Sumqayıt”la görüşə ötən turla müqayisədə iki dəyişikliklə başlayıb. Asif Məmmədovla Nikolas Raysel start heyətində yer alıbsa, Ülvi İsgəndərov və Yurgen Qoxa “11-lik”dən kənarda qalıb. Qarşılıqlı hücumlarla başlayan görüşdə ilk təhlükəni “Qəbələ” yaradıb. Rəqib müdafiəçisi qapıya doğru irəliləyən Stefan Vukçeviçin ayaqları altından topu uzaqlaşdıra bilib. Bir neçə dəqiqə sonra İdris İnqilablının uzaq məsafədən zərbəsini qolkiper dəf edib. Anar Nəzirov da ardıcıl iki epizodda ustalığını nümayiş etdirməli olub. Hissənin ortalarında Rafael Utziq yaxın məsafədən zərbə endirsə də, çərçivəyə düşməyib. Oyunda hesabı qonaqlar açıb. Əli Qurbani fərqlənib. Buraxılan qoldan sonra “Qəbələ” bir neçə dəfə hesabda tarazlıq yaratmaq imkanı qazansa da, yalnız hissənin sonlarında istəyinə çatıb. Nikolas Rayselin sol cinahdan qapı önünə ötürməsini Rafael Utziq uzaq küncə göndərib. Bu, braziliyalının “Qəbələ”də ilk qolu olub.
İkinci hissənin əvvəlində fəal təsir bağışlayan “qırmızı-qaralar” bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin Rafael Utziq, Nikolas Raysel və Stefan Vukçeviç bu imkanlardan yararlanmayıb. Az sonra Utziqin toxunuşundan sonra top qapı tirindən dönüb. Komandalar oyunun sonlarına qədər təhlükəli hücumlar qursa da, hesab dəyişməyib. “Qırmızı-qaralar”ın heyətində meydana sonradan daxil olan Ceyms Adeniyinin qapının üstündən keçən zərbəsi yaddaqalan olub. Beləliklə, “Qəbələ” mövsümdə 4-cü, ardıcıl 3-cü heç-heçəyə imza atıb. Komandamız evdəki hər üç görüşdə bir xal qazanıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
(99. Ceyms Adeniyi, 63)
28. Murad Musayev
77. Merab Qiqauri
32. Nikolas Raysel
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
(14. Cavid Hüseynov, 79)
10. Rövlan Muradov
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
74. Yusif Nəbiyev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
13. Yurgen Qoxa
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(20. Rüfət Abdullazadə, 66)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
(22. Cavid İmamverdiyev, 38)
17. Murad Xaçayev
18. Süleyman Əhmədov
(21. Adəm Həmati, 85)
Ehtiyat oyunçular:
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
33. Eltun Turabov
4. Kərəm Sultanov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
15. Hüseyn Cəfərov
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov