Ardıcıl 3-cü qələbə
Xəbərlər / 28 Fevral 2015 | 06:45220
Ardıcıl 3-cü qələbə

AFFA-nın aşağı yaş qruplarından olan komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də yarışdakı çıxışlarını davam etdirir. Lakin son turda meydana çıxmalı olan 4 komandamızdan yalnız U-19-un görüşü baş tutub. Digər 3 komandanın görüşü isə hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Bunadək “Bakı”nı 3, “Qarabağ”ı 1 cavabsız qolla keçən U-19 qələbə seriyasını 3-ə çatdırıb. “Neftçi” üzərində 3:2 hesablı qələbədən sonra xal hesabını 32-yə çatdıran “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandamızın 18-ci oyunundakı rəqibi “Simurq” olacaq.
“Vətən”lə oyunu baş tutmayan U-17 isə növbəti matçda AZAL-ı qəbul edəcək. 13 matçda 35 xal toplayan komandamız turnir cədvəlində vahid liderdir. “Qırmızı-qaralar” ən yaxın izləyicisini 9 xal arxada qoyur.
Növbəti turda “Sumqayıt”la üz-üzə gələcək U-16-da turnir cədvəlinin ilk sırasında yer alıb. Komandamız 17 matçda 46 xal qazanmağı bacarıb.
“Əlincə”yə 0:1 hesablı məğlubiyyətdən sonra “Şahdağ”la matçı baş tutmayan U-15-in növbəti rəqibi “Bakı” olacaq. Liderlə səfər matçı öncəsi 35 xalı olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, U-14, U-13, U-12 və U-11 liqalarında mövsümün ikinci yarısına hələ start verilməyib.