Ardıcıl 3-cü qələbə
Xəbərlər / 20 Fevral 2016 | 11:47166
Ardıcıl 3-cü qələbə

“Rəvan” – “Qəbələ” – 0:2
(Ramil Hasanov, 14; Ramin Hüseynov, 16)
Bu gün əvəzedicilərin yarışında XXII turun son oyunları keçirilir. Çempionatın lideri “Qəbələ” “Rəvan”la qarşılaşıb. İlk iki dövrədə rəqibinə xal verməyən “qırmızı-qaralar” səfər matçına da qələbə üçün çıxıb. Ramin Quliyevin yetirmələri ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Bunun nəticəsində artıq 14-cü dəqiqədə “Qəbələ” hesabı açıb. Ramil Hasanov mövsümdə 10-cu qolunu vurub. Bununla da o, komanda yoldaşı Ehtiram Şahverdiyevin 14 qolla başçılıq etdiyi bombardirlər yarışında 2-ci pilləyə şərik olub. Qoldan sonra hücumları davam etdirən komandamız 2 dəqiqə sonra fərqi artırıb. Bu dəfə Roman Hüseynov fərqlənib. O, mövsümdə 3-cü qolunu vurub. Bundan sonra da üstünlüyü əldən verməyən “qırmızı-qaralar” fərqi daha da artırmaq üçün hücumlar təşkil etsə də, hesabı dəyişə bilməyib. Meydan sahiblərinin də təsəlli qolu vurmaq istəyi gerçəkləşməyib. Beləliklə, ən yaxın izləyicisi ilə 4 xallıq fərqi qoruyan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Quliyevin yetirmələri “İnter” (2:0) və “Sumqayıt”la (2:1) matçlarda olduğu kimi yenə 2 qolla 3 xal əldə edib.

Qəbələ 22 15 1 6 47-23  46 
2  Sumqayıt 22 12 6 4  45-23 42 
3 Neftçi 22 11 4 7 50-31 37 
4 Kəpəz 22 9 7  6 27-28 34 
5 Qarabağ 22 9  7  6 30-20 34 
6 Zirə 21 8  5  8  24-32 29
7  Rəvan 22 9 2 11 32-31  29
8  İnter 22 6 3 13 33-46 21 
9 Xəzər Lənkəran 21 6  2  12  26-49  20 
10 AZAL 22 4 3 15 22-53 15