“Qəbələ” – “Sumqayıt” – 1:0
Domi Massoumou, 70
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
“Qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub.
Matçın taleyini bir qol həll edib. İlk yarısı qolsuz bitən oyunun ikinci hissəsində Domi Massoumou fərqlənib.
Onun 70-ci dəqiqədə vurduğu top “Qəbələ”yə minimalhesablı qələbə qazandırıb. Bu, komandamızın yoxlama görüşlərində ardıcıl 3-cü qələbəsi olub.
Qeyd edək ki, “Qəbələ” bunadək mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarında “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.