“Qəbələ-2” – “Turan Tovuz-2” – 2:0
27 sentyabr 2025. Saat 14:00. Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Sevda Nuriyeva
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqə: yoxdur
Qollar: Qədir Ramazanov, 39; Rəvan Əsədov, 48
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
Əvəzedicilər liqasında VI tura yekun vurulub.
“Qəbələ-2” turun son oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” “Turan Tovuz-2”ni qəbul edib.
Görüş Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. “Qəbələ-2” fasilə ərəfəsində hesabı açıb. Bir gün əvvəl əsas komanda ilə Premyer Liqada debüt edən Qədir Ramazanov qonaqların qapısına yol tapıb.
Komandamız ikinci hissəyə qolla başlayıb. Rəvan Əsədov fərqi iki topa çatdırıb.
Beləliklə, “Qəbələ-2” 2:0 hesablı qələbə qazanıb. Bu, komandamızın cari mövsümdə ardıcıl 4-cü ev qələbəsi olub. Xal hesabını 13-ə çatdıran “qırmızı-qaralar” 6 turdan sonra 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” VII turda “Araz-Naxçıvan-2”nin qonağı olacaq. Turun matçları oktyabrın 18-20-də keçiriləcək.
“Qəbələ-2”
94. Həbib Hüşənov
22. Fərid İsgəndərov (k)
(80. Nazim Hüseynov, 79)
66. Nuğay Rəşidov
70. Paulo Quimbila
(97. Elşad Tağıyev, 64)
26. Elnur Mustafayev
(78. Ariz Kərimov, 46)
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
(20. Cuma Hüseynov, 79)
55. Aqşin Yaqubov
(24. Səmid Əhmədov, 46)
91. Ceyhun Bağırzadə
88. Rəvan Əsədov
18. Antoni Hunpe
Ehtiyat oyunçular:
25. Nicat Kərimov
34. Rüfət Bədəlzadə
81. Murad Əbilov
Baş məşqçi: Famil Xəlilov
“Turan Tovuz-2”
66. Ayxan Abbaszadə
73. Ülvü Mədətov
(50. Tunar Muradov, 79)
97. Elçin Qasımov
(71. Cəsur İsmayılov, 89)
14. Murad Dadaşev
94. Fərid Cəfərov
(95. Nicat Quliyev, 86)
42. İsmayıl İsmayılov
34. Hüseyn Hüseynov (k)
58. Cəmil Məmmədov
60. Vüqar Bağırov
70. Arzu Mədətov
47. Pərvin Rəşidov
Ehtiyat oyunçular:
84. Cəfər Abbasov
55. Məhəmmədəli Məmmədov
96. Tural Həsənov
Baş məşqçi: Nizami Ocaqverdiyev