Ardıcıl 5-ci qələbə
Xəbərlər / 5 Sentyabr 2024 | 20:082267
Ardıcıl 5-ci qələbə

“Qəbələ” – “İmişli” – 2:0

Nuqay Rəşidov, Domi Jaures

 

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində 6-cı matçına çıxan “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gəlib.

 

Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Kaxaber Tsxadadzenin yetirmələri bu görüşdə 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin qollarına Nuqay Rəşidovla Domi Jaures imza atıblar.

 

Bu, “qırmızı-qaralar”ın hazırlıq çərçivəsində ardıcıl 5-ci qələbəsi olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən “Qəbələ” ardınca “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

 

Qeyd edək ki, I Liqada 2024-2025-ci illər mövsümü sentyabrın 11-də start götürəcək. “Qəbələ” ilk turda “Zaqatala” ilə üz-üzə gələcək.