Ardıcıl 5-ci qələbə: 7 cavabsız qol, ilk penta-trik
Xəbərlər / 22 Aprel 2016 | 13:20129
Ardıcıl 5-ci qələbə: 7 cavabsız qol, ilk penta-trik

“Xəzər Lənkəran” – “Qəbələ” – 0:7
(Ramil Hasanov, 6, 27, 29, 38, 44; Yusif Dilanov, 80; Roman Hüseynov, 85)
Əvəzedicilərin çempionatında XXXI turun növbəti oyunları keçirilib. “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Son 4 turda qələbə qazanan “qırmızı-qaralar” səfər oyununda da 3 xal əldə edib. Meydan sahiblərinin qapısından 7 cavabsız top keçirən Ramin Quliyevin yetirmələri mövsümün rekordunu təkrarlayıb. Belə ki, cari mövsümün bunadək qeydə alınan yeganə 7 top fərqinə komandamız nail olmuşdu. Ötən il oktyabrın 24-də “Qəbələ” “Zirə”ni 8:1 hesabı ilə məğlub etmişdi. Ardıcıl 5-ci qələbədə Ramil Hasanovun 5 qolu böyük rol oynayıb. Oyunun ilk hissəsində 5 qol vuran futbolçumuz mövsümün ilk penta-trikinin müəllifi olub. Matçın sonlarında Yusif Dilanov və Roman Hüseynov hesabı 7:0-a çatdırıb. Beləliklə, xal hesabını 69-a çatdıran “qırmızı-qaralar” ən yaxın izləyicisi ilə fərqi 13-ə qədər artırıb.

Qəbələ 31 22 3 6 79-29 69 
2  Qarabağ 31 16 8 7  49-28 56 
3 Sumqayıt 30 16 7 7 57-33 55 
4 Kəpəz 30 13 10  7 47-38 49 
5 Neftçi 31 14  6  11 59-40 48 
6 Zirə 31 13  5  13  45-48 44
7  İnter 31 10 4 17 51-62 34
8  Rəvan 30 10 2 18 37-59 32 
9 AZAL 30 7  5  18  36-64  26 
10 Xəzər Lənkəran 31 6 2 23 31-90 20