Ardıcıl 5-ci səfər qələbəsi
Xəbərlər / 6 Fevral 2025 | 16:30254
Ardıcıl 5-ci səfər qələbəsi

“Difai” – “Qəbələ” – 0:1

6 fevral 2025. Saat 14:30. Şamaxı OİK stadionu. 40 tamaşaçı

Baş hakim: Şamil İmanzadə

Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Elman Kərimov

Dördüncü hakim: Emin Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqə: Fərid Kərimzadə, 90+2 (qeyri-idman hərəkəti)

Qol: Murad Musayev, 64

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” bu gün I Liqanın XIII turunun matçına çıxıb. Kaxaber Tsxadadzenin yetirmələri “Difai” ilə qarşılaşıb.

 

Şamaxı OİK stadionunda keçirilən görüşün taleyi ikinci hissədə həll olunub. Murad Musayevin vurduğu top “Qəbələ”yə üç xal qazandırıb.

 

Bu, komandamızın ardıcıl 5-ci səfər qələbəsi olub. 13 turda qol buraxmayan “Qəbələ” 33 xalla yarışın lideridir.

 

Qeyd edək ki, “qırmızı-qaralar” XIV turda “İmişli”nin qonağı olacaq. Fevralın 13-də Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq qarşılaşma 14:00-da start götürəcək.

 

“Difai”

1. Sahib Həsənov

17. Riad Abbaszadə

(8. Emil Quluzadə, 87)

6. Xəyal Bədirov

50. Qurban Hüseynov

2. Seymur Rəhimov (k)

20. Mahir Həsənov

3. Əbil Əbilov

9. Kristian Kamta

32. Xəyyam Məmmədli

44. Yaqub Yusubov

19. Muhammed Alfa

(11. Fərid Kərimzadə, 87)

Ehtiyat oyunçular:

85. Nail Alışov

10. Tahir Zeynalov

24. Rəvan Əvəzov

5. Ömər Məmmədzadə

99. İlkin Hüseynov

66. Arzu Atakişiyev

Baş məşqçi: Xaqani Məmmədov

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

9. Ruslan Voronsov

(97. Elşad Tağıyev, 71)

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 82)

13. Nicat Əliyev

20. Oçe Oçoveçi

(22. Fərid İsgəndərov, 71)

74. Süleyman Damadayev

5. Samir Həsənov

14. Domi Massumo

(11. Asif Məmmədov, 82)

66. Nuğay Rəşidov

(19. Abdullahi Şuaybu, 50)

10. Şahin Şahniyarov

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

25. İbrahim Ramazanov

26. Elnur Mustafayev

21. Ziya Şəkərxanov

 

Baş məşqçi: Kaxaber Tsxadadze