“Qəbələ-2” – “Zirə-2” – 4:1
26 avqust 2025. Saat 17:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Elnur Mustafayev, 70 (qeyri-idman hərəkəti) // Elşən Abdullayev, 39 (qeyri-idman
hərəkəti); Ömər Həsənli, 74 (qeyri-idman hərəkəti)
Qollar: Qədir Ramazanov, 13; Paulo Quimbila, 28; Nuğay Rəşidov, 31; Rəvan Əsədov, 36 // Əhliman Süleymanzadə, 62
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
Əvəzedicilər liqasında II tura yekun vurulub.
Turun son matçı Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilib. “Qəbələ-2” “Zirə-2”ni qəbul edib.
Qarşılaşma “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Matçdakı bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.
Erkən qola sevinən komandamızda Qədir Ramazanov fərqlənib. Hissənin ortalarında üç dəqiqəyə iki qol vuran “Qəbələ-2”də Paulo Quimbila və Nuğay Rəşidov rəqib qapısına yol tapıblar.
Mövsümdə 3-cü qolunu vurmaqla bombardirlər yarışında liderlərə şərik olan Rəvan Əsədov fərqi 4 topa çatdırıb. Qonaqlar fasilə ərəfəsində bir qol vurublar.
İlk turda “Kəpəz-2”yə 4 cavabsız qolla qalib gələn Famil Xəlilovun yetirmələri ardıcıl ikinci dəfə böyükhesablı qələbə qazanıb. 6 xala malik komandamız çempionatın lideridir.
Qeyd edək ki, “Qəbələ-2” III turda “Şamaxı-2”nin qonağı olacaq. Görüş avqustun 30-da baş tutacaq.
“Qəbələ-2”
94. Həbib Hüşənov
74. Süleyman Damadayev
(96. Rəvan Poladlı, 61)
97. Elşad Tağıyev (k)
(37. Ömər Kərimov, 39)
66. Nuğay Rəşidov
(99. Rəvan Feyziyev, 61)
70. Paulo Quimbila
(71. Əli Məmmədov, 61)
36. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
55. Aqşin Yaqubov
88. Rəvan Əsədov
(15. Məhəmməd Yusubov, 75)
24. Səmid Əhmədov
Ehtiyat oyunçular:
25. Nicat Kərimov
20. Cuma Hüseynov
Baş məşqçi: Famil Xəlilov
“Zirə-2”
31. Eldar Tərlanov
(96. Xəqan Şükürov, 46)
80. İslam Nəcəfli
48. Ramiz Muradov
99. Elşən Abdullayev
(78. İmran Süleymanzadə, 75)
33. Əkbər Eyubov
66. Nurhan Abdıyev
57. Yusif Hacıyev
62. Rəvan Qaraəhmədov (k)
(24. Ömər Həsənli, 39)
25. Rauf Qafarov
43. Əhliman Süleymanzadə
(22. Fərid Şahhüseyni, 66)
75. Murad Qurbanov
Ehtiyat oyunçular:
34. Hüseyn Ağaverdiyev
35. Məhəmməd Məmmədov
51. Amin Nəzərli
Baş məşqçi: Hacı Əhmədov