Ardıcıl ikinci qələbə
Xəbərlər / 6 Sentyabr 2023 | 15:571936
Ardıcıl ikinci qələbə

“Qəbələ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçirib. Gənclər Liqasında mübarizə aparan U-19 səfərdə “Turan Tovuz”a qalib gəlib – 2:1. İlk turda “Araz-Naxçıvan”ı səfərdə eyni hesabla üstələyən “qırmızı-qaralar” iki matçda 6 xal toplayaraq liderlər qrupunda yer alıb.

U-17 də ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyununda evdə “Araz-Naxçıvan”a üç cavabsız qol vuran “Qəbələ” səfərdə “Kəpəz”i minimal hesabla yenib – 1:0. İki turda xal itirməyən komandamız liderlər qrupunda yer alıb.

U-16 startda “Səbail”i qəbul edib. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər. U-15 isə “Ulduz Mingəçevir”lə görüşüb. “Qəbələ” doğma meydanda 7 cavabsız qol vurub.