Ardıcıl ikinci qələbə
Xəbərlər / 26 Sentyabr 2024 | 20:13199
Ardıcıl ikinci qələbə

“Qəbələ” – “Mingəçevir” – 2:0

26 sentyabr 2024. Saat 17:00. Qəbələ şəhər stadionu.180 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Asiman Əzizli

Dördüncü hakim: Niyaz Əhmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Vüqar Həsənov, 53 (qeyri-idman hərəkəti); Eşqin Əhmədov, 57

(qeyri-idman hərəkəti); Şahin Şahniyarov, 88 (qeyri-idman hərəkəti) // Elmin

Bayramov, 26 (qeyri-idman hərəkəti)

Qollar: Şahin Şahniyarov, 26; Domi Massumo, 30

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

 

“Qəbələ” bu gün növbəti oyununu keçirib. “Qırmızı-qaralar” I Liqanın III turunda “Mingəçevir”lə qarşılaşıb. Bu, komandamızın mövsümdə ikinci ev oyunu olub.

 

Baş məşqçi Kaxaber Tsxadadze ötən turla müqayisədə start heyətdə iki dəyişiklik edib. Elşad Tağıyevlə Vüqar Həsənov ilk dəqiqələrdən meydana çıxıblar. Onlar Samir Həsənov və Mehrac Baxşalını əvəzləyiblər.

 

Matça hücumlarla başlayan “Qəbələ” üstünlüyü ələ alıb. Komandamızın ardıcıl həmlələri ilk yarının ortalarında bəhrəsini verib. Şahin Şahniyarov qonaqların qapısına yol tapıb. Bu, futbolçumuzun mövsümdə ilk qolu olub.

 

Bu topdan dörd dəqiqə sonra “qırmızı-qaralar” fərqi artırıb. Domi Massumou mövsümdə 3-cü qolunu vurub – 2:0.

 

İkinci hissədə də üstünlüyü əldən verməyən komandamız rəqib qapısına hücumlar təşkil edib. “Qırmızı-qaralar” fasilədən sonra da təhlükəli epizodlar yaratsa da, hesab dəyişməz qalıb.

 

Beləliklə, “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb – 2:0. Bununla da komandamız xallarını 7-yə çatdırıb.

 

Qeyd edək ki, “Qəbələ” IV turda “Baku Sportinq”in qonağı olacaq. Oktyabrın 4-də “Baku Sportinq Arena”da keçiriləcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

 

“Qəbələ”

 

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

4. Vüqar Həsənov

97. Elşad Tağıyev

(7. Loren Mendi, 65)

13. Nicat Əliyev

(66. Nuğay Rəşidov, 90+3)

19. Abdullahi Şuaybu

(20. Oçe Oçoveçi, 65)

74. Süleyman Damadayev

14. Domi Massumo

(23. Mehrac Baxşalı, 82)

10. Şahin Şahniyarov

(6. Emil Süleymanov, 90+3)

27. Eşqin Əhmədov

 

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

11. Asif Məmmədov

22. Fərid İsgəndərov

44. Salman Ələsgərov

6. Emil Süleymanov

26. Elnur Mustafayev

 

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Mingəçevir”

 

1. Mövlan Kərimov

60. Elmin Bayramov

21. Nizami Səmədov

81. Xəyal Muradov

(8. Fuad Əhmədov, 46)

18. Elvin Əliyev (k)

7. Aqil Nəsibov

10. Muxtar Nəzərli

17. Taleh Fərmanov

24. Xəyal Xudaverdiyev

15. Elnur Mirzəyev

9. İlkin Əliyev

 

Ehtiyat oyunçular:

25. Afiq Musayev

97. Tural Məmmədzadə

32. Elvin Əsgərov

23. Rüstəm Quluzadə

 

Baş məşqçi: Ədəhim Niftəliyev