“Baku Sportinq” – “Qəbələ” – 1:7
İsmaheel Akinade, 4, 8, Murad Musayev, 27, Eşqin Əhmədov, 40, Nicat Əliyev, 60, Xayme Sierra, 66, Salihu Nasiru, 73
“Qəbələ” 2025/26 mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
“Qırmızı-qaralar” “Baku Sportinq”lə qarşılaşıb. I Liqa təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
Bu, komandamızın qış fasiləsində üçüncü yoxlama matçı olub. “Kəpəz”i 3:1, “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” paytaxt təmsilçisi ilə qarşılaşmada da qələbə qazanıb.
İlk yarıda 4 qol vuran “qırmızı-qaralar”ın heyətində İsmaheel Akinade iki, Murad Musayev və Eşqin Əhmədov hərəyə bir dəfə fərqləniblər. İkinci hissədə daha üç qol vuran “Qəbələ” 7:1 hesabı ilə qalib gəlib. Fasilədən sonra Nicat Əliyev, Xayme Sierra və Salihu Nasiru rəqib qapısına yol tapıblar. Beləliklə, komandamız 2026-cı ildə ardıcıl üçüncü qələbəsini qazanıb – 7:1.
Qeyd edək ki, “Qəbələ” 2026-cı ildə ilk rəsmi matçını yanvarın 24-də keçirəcək. Misli Premyer Liqasının XVII turunun “Şamaxı” – “Qəbələ” görüşü Şamaxı şəhər stadionunda baş tutacaq və saat 14:00-da başlayacaq.