«Artıq istədiyimiz nəticələri almaqdayıq»
Xəbərlər / 28 Sentyabr 2012 | 20:21317
«Artıq istədiyimiz nəticələri almaqdayıq»

Əvəzedicilər çempionatına istədiyi kimi start verə bilməyən “Qəbələ” ardıcıl 2 böyükhesablı qələbə qazanmaqla birincilikdəki iddiasını ortaya qoydu. İki qarşılaşmada rəqiblərini 11 (“Qəbələ”-“Rəvan” 5:2, “Qəbələ”-AZAL 6:0) dəfə məyus edən komandanın oyun üslubunda yüksəliş hiss olunur. Təbii ki, sözügedən inkişafda komandanın baş məşqçisi Luis Araqonun əməyi danılmazdır.  AZAL-la qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la paylaşan ispan mütəxəssis zaman keçdikcə istədikləri oyun üslubunu ortaya qoyduqlarını, bunun da nəticələrdə özünü göstərdiyini bildirib:

“Çempionat start götürmədən öncə komandanın komplektləşməsi, yeni oyun üslubuna uyğunlaşması üçün müəyyən zamana ehtiyac olduğunu demişdik. Bu zaman kəsiyində tələblərimizi, istəklərimizi futbolçulara aşılamağa çalışdıq. Gərgin və müntəzəm məşqlərlə hədəflərimizə yaxınlaşırıq. Artıq istədiyimiz nəticələri almaqdayıq. Məqsədimiz kollektiv oyun nümayiş etdirən mübariz komanda formalaşdırmaqdır”.