«ASCO Arena»da bir qol
Xəbərlər / 3 May 2021 | 22:10233
«ASCO Arena»da bir qol

“Səbail” – “Qəbələ” – 1:0

3 may 2021. Saat 20:15. “ASCO Arena”, tamaşaçısız 

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Hendrik Ekşteyn, 38 (qeyri-idman hərəkəti); Mirsayib Abbasov, 84 (qeyri-idman hərəkəti); Elçin Rəhimli, 88 (oyunun bərpasının ləngidilməsi) // Merab Qiqauri, 20, 51 (qeyri-idman hərəkəti); Yurgen Qoxa, 86 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Merab Qiqauri, 51

Qol: Amil Yunanov, 61

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

 

Azərbaycan Premyer Liqasında XXV turun ilk oyun gününə yekun vurulub. Günün ikinci matçında “Qəbələ” “Səbail”lə görüşüb. “Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə 4 dəyişikliklə çıxıb. Tərlan Əhmədli, Yusif Nəbiyev, Yurgen Qoxa və Rövlan Muradov Bakıdakı “ASCO Arena”da təşkil olunan oyunun start heyətində yer alıb. Onlar Anar Nəzirov, Murad Musayev, Stefan Vukçeviç və Rüfət Əhmədovu əvəzləyib.

Matçın ilk yarısı qarşılıqlı hücumlarla keçib. Oyuna fəal başlayan “Qəbələ” artıq ilk 10 dəqiqədə üç təhlükəli zərbə ilə diqqət çəkib. Lakin Ceyms Adeniyi, Nikolas Raysel və Rafael Utriqin zərbələrini rəqib qapıçı dəf edib. Meydan sahiblərinin hücumlarının qarşısını isə “qırmızı-qaralar”ın müdafiəçiləri alıb. Komandamız fasiləyədək daha bir neçə dəfə qola yaxın olub. Lakin futbolçularımız hədəfə düşə bilməyib.

İkinci hissəyə də fəal başlayan komandamız qol vurmaq üçün növbəti şansı əldə edib. Rövlan Muradovun zərbəsini qapıçı küncə çıxarıb. Merab Qiqaurinin qırmızı vərəqə almasından sonra say üstünlüyü qazanan paytaxt təmsilçisi təşəbbüsü də ələ alıb. Hissənin ortalarında meydan sahibləri hesabı açıb. “Qırmızı-qaralar” azlıqda qalmasına baxmayaraq oyunda dönüş yaratmağa çalışsa  da, komandamızın səyləri bəhrəsini verməyib. Beləliklə, səfərdə 0:1 hesabı ilə uduzan “Qəbələ” paytaxtdan xalsız dönüb.

 

“Səbail”

96. Nikolas Hagen

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

28. Məqsəd İsayev

22. Əfran İsmayılov

(20. Ruslan Hacıyev, 74)

29. Amil Yunanov

27. Hendrik Ekşteyn

(17. Elçin Rəhimli, 88)

19. Luka İmnadze

(7. Mirsayib Abbasov, 64)

23. Milovan Petrovik

4. Ali Sisey

3. Turan Manafov

 

Ehtiyat oyunçular:

 

1. Kamran Ağayev

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

11. Rauf Əliyev

9. Florian Kadriu

44. Şamil Cəfərov

38. Zeynəddin Abdurahmanov

 

Baş məşqçi: Aftandil Hacıyev

 

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(6. Kamal Mirzəyev, 79)

74. Yusif Nəbiyev

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

(26. Stefan Vukçeviç, 62)

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

23. Rafael Utriq

(70. Ülvi İsgəndərov, 83)

10. Rövlan Muradov

 

Ehtiyat oyunçular:

 

1. Anar Nəzirov

5. Rasim Ramaldanov

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

 

Baş məşqçi: Elmar Baxşıyev