UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” sabah Gürcüstana yollanacaq. İyulun 2-də Tiflisin “Dinamo” klubu ilə ilk matçına çıxacaq “qırmızı-qaralar” oyundan iki gün əvvəl qonşu ölkəyə gedəcək. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxacaq. 2015-2016 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən komandamız UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqini Tiflisdə keçirəcək. “Qəbələ” I təsnifat mərhələsində iştirak etmək üçün 27 futbolçunu sifariş vərəqinə daxil edib. Komandamız Gürcüstana da bu heyətlə yollanacaq:
Qapıçılar
1. Andrey Popoviç
22. Dmitri Bezotosnı
30. Anar Nəzirov
36. Süleyman Süleymanov
Müdafiəçilər
3. Vojislav Stankoviç
7. Ruslan Əmircanov
8. Məhəmməd Mirzəbəyov
13. Murad Musayev
15. Vitali Vernidub
20. Rikardinyo
21. Arif Daşdəmirov
34. Ürfan Abbasov
44. Rafael Santos
Yarımmüdafiəçilər
4. Elvin Camalov
5. Georgi Floresku
6. Rəşad Sadiqov
11. Asif Məmmədov
14. Cavid Hüseynov
16. Emin Zamanov
17. Qismət Alıyev
19. Aleksey Qay
66. Samir Zərgərov
67. Sahil Mirzəyev
Hücumçular
9. Sergey Zenyov
10. Dodo
69. Aleksey Antonov
97. Roman Hüseynov
Bu, komandamızın mövsümdə ilk rəsmi matçı olacaq. Avrokuboklarda ötən il debüt edən “Qəbələ” qitəmiqyaslı turnirdəki 2-ci cəhdində mərhələ adlamağa çalışacaq. Bunun üçün isə komandamız bir həftə sonra Qəbələdə baş tutacaq matç öncəsi səfərdə sərfəli nəticə qazanmalıdır.
Tiflisdəki matç əfsanəvi Boris Payçadzenin adını daşıyan “Dinamo Arena”da baş tutacaq. Görüşü israilli hakimlər idarə edəcək.
UEFA Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyun, 2 iyul
21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ”
Baş hakim: Roi Reynşreyber (İsrail)
Baş hakimin köməkçiləri: David Elias Biton, İdan Yarkoni (hər ikisi İsrail)
Ehtiyat hakim: Zvi Levi (İsrail)
UEFA nümayəndəsi: George Fantaros (Yunanıstan)
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu