Avropa çempionatında 2 medal
Xəbərlər / 23 Fevral 2025 | 13:4679
Avropa çempionatında 2 medal

“Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğurlarına imza atıblar.

 

Təmsilçilərimiz Azərbaycan milli komandasının heyətində IMMAF Avropa çempionatında mükafatçılar sırasında yer alıblar.

 

18-21 yaşlı gənclərin yarışına qatılan Ələkbər Mahmudov bütün rəqiblərinə qalib gəlib. Avropa çempionu titulunu qazanan idmançımız qızıl medala sahib çıxıb.

 

Cəfərsadiq Mirzəyev 16-17 yaşlı yeniyetmələrin mübarizəsində fərqlənib. Finala qədər bütün rəqiblərini məğlub edən idmançımız yalnız həlledici görüşdə uduzaraq gümüş mükafat qazanıb.

 

Qeyd edək ki, Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən çempionatda 3 qızıl, 2 gümüş və 2 bürünc əldə edib.