Avropa çempionatında bürünc medal
Xəbərlər / 16 Aprel 2021 | 20:57168
Avropa çempionatında bürünc medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Kəramət Hüseynov Avropa çempionatında bürünc medal qazanıb. İdmançımız Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan yarışın ilk günündə fəxri kürsüyə qalxıb. 60 kq-da çıxış edən cüdoçumuz 1/16 finalda moldovalı Nikolae Focaya, 1/8 finalda Türkiyə təmsilçisi Mihrac Akkuşa qalib gəlib. 23 yaşlı cüdoçumuz 1/4 finalda Fransisko Qarriqosa (İspaniya) uduzsa da, təsəlliverici görüşdə Angelo Pantano (İtaliya), bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Yanislav Gerçev üzərində qələbə qazanıb.