Avropa çempionatında bürünc medal
Xəbərlər / 9 İyul 2023 | 06:471616
Avropa çempionatında bürünc medal

Azərbaycan yığmasının və “Qəbələ”nin sərbəst güləşçisi Rəşad Veysəlov növbəti uğuruna imza atıb. Qəbələ rayonunun Mirzəbəyli kəndindən olan yeniyetmə pəhləvan 15 yaşadək güləşçilər arasında Avropa çempionatında fərqlənib.

Azərbaycan çempionu Macarıstanda təşkil olunan yarışda bürünc medal qazanıb. 68 kq çəki dərəcəsində çıxış edən Veysəlov 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Papik Nersisyana qalib gəlib. Bu qələbə ilə fəxri kürsüyə yüksələn güləşçimiz bürünc medala sahib çıxıb.