Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb. 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyi üçün taekvondoçumuz bürünc medala yiyələnib.