zərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura nail olublar.
İdmançılarımız IMMAF Avropa çempionatında ümumilikdə 3 qızıl və bir bürünc medal qazanıblar. Zeynal Nurəddinli 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib və Avropa çempionu adına yiyələnib.
Hüseyn Hüseynov 52 kq çəkidə fərqlənib. O, bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, çempionatın ilk günündə "Qəbələ" İK nümayəndələrindən Nərmin Əliyeva (52 kq), və Əli Ataşov da (88,5 kq) qızıl medala sahib olublar.

