“Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura nail olublar.
Təmsilçilərimiz Azərbaycan milli komandasının heyətində gənclər və yeniyetmələr arasında IMMAF Avropa çempionatında fərqləniblər.
18-20 yaşlı qızların yarışına qatılan Nərmin Əliyeva (52 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb.
2008-09-cu il təvəllüdlü yeniyetmələrin yarışında Əli Ataşov fərqlənib. 88,5 kq çəkidə mübarizə aparan idmançımız da Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, Azərbaycan idmançıları Serbiyanın paytaxtı Belqradda təşkil olunan yarışda ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

