Avropa kubokunda 2 medal
Xəbərlər / 13 Fevral 2016 | 19:48147
Avropa kubokunda 2 medal

“Qəbələ” İdman Klubunun cüdoçuları beynəlxalq yarışlarda növbəti uğurlarını qazanıb. Azərbaycan milli komandasının heyətində çıxış edən təmsilçilərimiz Avropa kubokunda qüvvəsini sınayıb. Avstriyada keçirilən Avropa açıq kubokunda tatami üzərinə çıxan Vüqar Şirinli 60 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Monakolu Yan Siccardi, kanadalı Serjio Pessoa, braziliyalı Erik Takabatakeyə qalib gələn təmsilçimiz yarımfinalda avstriyalı Lüdviq Payşerə məğlub olub. Şirinli 3-cü yer uğrunda qarşılaşmada qırğızıstanlı Otar Bestayevə qalib gəlməyi bacarıb. Bununla da 5 qarşılaşmadan dördündə qələbə əldə edən idmançımız bürünc medala yiyələnib.
“Qəbələ”nin cüdoçusu Rövşən Əliyev isə İspaniyada keçirilən yeniyetmələrin Avropa kubokunda fərqlənib. 50 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi bütün qarşılaşmalarda qalib gəlib. İspaniyalı Qabriel Lopes Portilyo, israilli Eylon Barşeşet, Azərbaycan millisinin digər üzvü Rüfət Məmmədovu məğlub edən Əliyev yarımfinala yüksəlib. Burada italiyalı Mattia Martelloni, finalda isə ispaniyalı David Hinojosa Larrosadan güclü olan idmançımız qızıl medala sahib çıxıb.