Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun cüdoçuları növbəti uğurlarına imza atıblar. İdmançılarımız Göygöldə keçirilən yeniyetmələr arasında Avropa kubokunda fərqləniblər.
Cüdoçularımız yarışda 1 qızıl və 1 bürünc medal əldə ediblər. 81 kq çəkidə çıxış edən Mehdi Abbasov bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hüseyn Eyvazlı 90 kq çəkidə fərqlənib. O, Avropa kubokunun bürünc medalına yiyələnib.
Qeyd edək ki, turnirdə 14 ölkədən 323 idmançı mübarizə aparır.