Avropa kubokunda bürünc medal
Xəbərlər / 8 Avqust 2021 | 19:31304
Avropa kubokunda bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb. İdmançımız Rusiyanın Orenburq şəhərində təşkil olunan Avropa kubokunda fərqlənib. +100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk mərhələdə Arman Kaliyevə (Qazaxıstan) qalib gəlsə də, ardınca Nodar Baqayevə (Rusiya) uduzub. Təsəlliverici görüşlərə qatılan Yusifov Anatoli Şoxtin (Rusiya) üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada Sergey Venikovu (Rusiya) da məğlub edən İmran Avropa kubokunun mükafatçısı olub. Fəxri kürsüyə qalxan idmançımız yarışda bürünc medala yiyələnib.