Avropa kubokunda bürünc medal
Xəbərlər / 23 Oktyabr 2023 | 10:381528
Avropa kubokunda bürünc medal

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb. İdmançımız Latviyanın paytaxtı Riqada keçirilən yeniyetmələr arasında Avropa kubokunda fərqlənib.

81 kq çəkidə mübarizə aparan Abbasov yarışın ikinci günündə tatami üzərinə çıxıb. O, Avropa kubokunda 3-cü yeri tutub. “Qəbələ”nin cüdoçusu turniri bürünc medalla başa vurub.

Ümumiyyətlə, Azərbaycan cüdo yığması Avropa Kuboku turnirində 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edib. İdmançılarımız yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.