Avropa Kubokunda bürünc mükafat
Xəbərlər / 19 Aprel 2015 | 16:04182
Avropa Kubokunda bürünc mükafat

Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında Avropa kuboku keçirilib. Yarışda 19 ölkədən 298 idmançı mübarizə aparıb. İştirakçılar arasında olan Azərbaycan milli komandası turniri 4 medalla başa vurub. Yığmamızın heyətində “Qəbələ” İdman Klubunun cüdoçusu Vasif Şərbətli də tatami üzərinə çıxıb. Klubumuzun məşqçisi Ramil İsmayılovun yetirməsi 90 kq çəki dərəcəsində mübarizə aparıb. Almaniyalı Sandro Makatsariyaya 2 dəqiqə 30 saniyə, rusiyalı Karlen Paliana 4 dəqiqəyə qalib gələn Şərbətli yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Mixail İqolnikova uduzan təmsilçimiz 3-cü yer uğrunda mübarizə aparmalı olub. Rusiyalı Şota Vaniyevi məğlub edən idmançımız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.