Avropa kubokunda gümüş medal
Xəbərlər / 5 May 2025 | 00:0914885
Avropa kubokunda gümüş medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Səid Hüseynov növbəti uğuruna imza atıb.

 

İdmançımız yeniyetmələr arasında Avropa kubokunda fərqlənib. O, Qubada keçirilən yarışda 90 kq çəkidə mübarizə aparıb.

 

Finala qədər bütün rəqiblərinə qalib gələn Səid yalnız həlledici qarşılaşmada məğlub olub. 2-ci yeri tutan cüdoçumuz Avropa kubokunun gümüş mükafatını qazanıb.