Avropada 36 qol, Zenyov öndə, Uikslə Dodo “üçlük”də
Xəbərlər / 7 May 2020 | 21:38214
Avropada 36 qol, Zenyov öndə, Uikslə Dodo “üçlük”də

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub. “Qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.

2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

2-ci sırada Teo Uiksdir. Avrokubokdakı yeganə het-trikimizin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

 

1. Sergey Zenyov - 6

2. Teo Uiks - 5

3. Dodo - 4

4-6. Filip Ozobiç - 3

Baqali Dabo - 3

Cavid Hüseynov -  3