Avstriya gündəliyi 19.07.2013 - Fotoreportaj
Xəbərlər / 19 İyul 2013 | 23:08224
Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" təlim-məşq prosesinin üçüncü gününü iki məşqlə yekunlaşdırıb. Məşqlər zamanı futbolçular toplu və topsuz çalışmalarla yanaşı, məşqçilərin xüsusi taktiki tapşırıqlarını yerinə yetiriblər. Günə ikitərəfli oyunla yekun vurulub. Yüngül zədəsi olan Rail Məlikov və Yannik Kamanan komandadan ayrı çalışıb.