Avstriya gündəliyi 21.07.2013 - Fotoreportaj
Xəbərlər / 22 İyul 2013 | 01:12242
Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" təlim-məşq prosesinin beşinci gününü bir məşqlə yekunlaşdırıb. Günün birinci yarısında baş tutan məşqin ilk bölümündə futbolçular topsuz çalışmalar yerinə yetiriblər. Məşq müxtəlif məsafələrdən qapıya zərbələrlə yekunlaşıb. Zədəsini sağaldan Rail Məlikov, Abdulvahid Afolabi və Yannik Kamanan komanda ilə birlikdə məşq edib.