Topaz Premyer Liqasının XI turunun təyinatları açıqlanıb. Noyabrın 5-də start götürüb, iki gün ərzində keçiriləcək turun oyunlarının hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Səfərdə AZAL-la qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Turun ikinci günü – noyabrın 6-da baş tutacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona Vaqif Musayevlə Rahil Ramazanov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Namiq Hüseynov yerinə yetirəcək. Əliyar Ağayev və Fariz Yusifov “AZAL Arena”da keçiriləcək matça əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Hakimlərin işinə Şaiq Həmidov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Nüvər Xasıyev olacaq.
Xatırladaq ki, noyabrın 6-da baş tutacaq AZAL - “Qəbələ” matçı saat 14:00-da başlayacaq. Görüş “AZAL Arena” stadionunda keçiriləcək.
XI tur, 6 noyabr (bazar)
14:00. AZAL – “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
Dördüncü hakim: Namiq Hüseynov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”