Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 21-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Səfərdə AZAL-la qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. “AZAL Arena”da baş tutacaq görüşü Fariz Yusifov idarə edəcək. Baş hakimin köməkçiləri Yaşar Abbasovla Elman Musayev olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Mehman Mahmudov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Əli Hüseynov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Elbrus Abbasov olacaq.
Xatırladaq ki, dekabrın 21-də baş tutacaq AZAL – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
21 dekabr (çərşənbə)
16:00. AZAL - “Qəbələ”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Elman Musayev
Dördüncü hakim: Mehman Mahmudov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
“AZAL Arena” stadionu