“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib. Klubun əsas komandasında yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandamızda çalışacaq. “Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.