Azərbaycan birinciliyində iki medal
Xəbərlər / 19 Dekabr 2025 | 10:3718271
Azərbaycan birinciliyində iki medal

17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

 

“Qəbələ” İdman Klubunun iki cüdoçusu yarışın ilk gününü medalla başa vurub. Tövsiyyə Babayeva Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda keçirdiyi bütün qarşılaşmalarda qalib gəlib. O, 52 kq çəkidə qızıl medala sahib çıxıb.

 

Rəna Əhmədova isə 70 kq çəkidə fərqlənib. O, birinciliyin bürünc mükafatına yiyələnib.

 

Qeyd edək ki, dörd gün davam edəcək ölkə birinciliyinə 89 klub və idman cəmiyyətindən 495 cüdoçu qatılıb.