Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman klubunun taekvondoçuları da çıxış edib. Üç gün davam edən yarışda idmançılarımız 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə təmsilçilərimiz 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Taekvondoçularının nəticələrinə əsasən “Qəbələ” komanda hesabında 1-ci yeri tutub.