Azərbaycan kubokunda 2 qızıl medal
Xəbərlər / 9 İyun 2025 | 06:4614691
Azərbaycan kubokunda 2 qızıl medal

“Qəbələ” İdman Klubunun MMA döyüşçüləri kadetlər, yeniyetmələr və gənclər arasında Azərbaycan kubokunda uğurla çıxış ediblər.

 

İdmançılarımız Bakıda keçirilən yarışda iki qızıl medal qazanıblar. Ələkbər Mahmudov gənclərin mübarizəsində fərqlənib. 61 kq çəkidə çıxış edən döyüşçümüz bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

 

Cəfərsadiq Mirzəyev yeniyetmələrin yarışında uğura sevinib. O, 61 kq çəkidə qızıl medala yiyələnib.

 

Kubokda qalib gələn idmançılar, o cümlədən “Qəbələ”nin iki döyüşçüsü iyulun 20-27-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

 

Qeyd edək ki, kubokda 39 klub və komandadan 450-yədək idmançı mübarizə aparıb.