Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib. Peşəkar Futbol Liqasında reallaşan püşkatmada “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı, “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov təmsil edib. Püşkün nəticələrinə əsasən, “Qəbələ” finalın nominal meydan sahibi elan olunub.
Xatırladaq ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək. “Qəbələ” – “Sumqayıt” matçı Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq