Azərbaycan kubokunda püşkatmanın vaxtı müəyyənləşdi
Xəbərlər / 23 Oktyabr 2023 | 12:411608
Azərbaycan kubokunda püşkatmanın vaxtı müəyyənləşdi

Azərbaycan kubokunun 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Tədbir “Hyatt Regency” otelinin “Hyatt Hall” zalında baş tutacaq. Noyabrın 2-də təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan kubokunun son qalibi “Qəbələ” olub. “Qırmızı-qaralar” iyunun 3-də keçirilən final matçında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.