“Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura imza atıblar. Təmsilçilərimiz Azərbaycan kubokunda uğurla çıxış ediblər.
Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda klubumuzun beş idmançısı mübarizə aparıb. Onlardan üçü yarışı mükafatla başa vurub.
Ariz Ağayev 14-15 yaşlı döyüşçülərin mübarizəsində fərqlənib. 38 kq çəkidə çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.
12-13 yaşlı idmançıların yarışında “Qəbələ”nin iki üzvü fəxri kürsüyə qalxıb. Fərid Məmmədov (50 kq) gümüş, Əlibaba Mursalıyev (34 kq) bürünc medal qazanıb.