2014/2015 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə "Qəbələ" Azərbaycan kubokunda ilk oyununu 1/8 final mərhələsi çərçivəsində dekabrın 3-ü "Ağsu"ya qarşı keçirəcək.
Yeni mövsümdə 18 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Bunlar “Qəbələ”, “İnter”, “Sumqayıt”, “Qarabağ”, “Neftçi”, “Simurq”, “Xəzər Lənkəran”, AZAL, “Bakı”, “Araz-Naxçıvan”, “Rəvan”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Şahdağ”, “Lokomotiv”, MOİK və “Zirə”dir.
Birinci Divizionda mübarizə aparan klublardan “Kəpəz”, “Şəmkir”, “Turan Tovuz”, “Energetik”, “Şuşa”, “Göyəzən”, “Bakılı” və “Mil-Muğan” kubokda iştirakdan imtina ediblər.
Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:
1/16 final
1. MOİK - "Lokomotiv"
2."Qaradağ Lökbatan" - "Zirə"
1/8 final
3. “Sumqayit” - “Bakı”
4. “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”
5. “Simurq” – “Rəvan”
6. “Neftçala” - AZAL
7. “Qarabağ” - 1-ci cütün qalibi
8. “Şahdağ” - “İnter”
9. “Qəbələ” – “Ağsu”
10. “Neftçi” – 2-cü cütün qalibi