2015/2016 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə “Qəbələ” Azərbaycan kubokunda ilk oyununu 1/8 final mərhələsi çərçivəsində dekabrın 2-də “Mil Muğan”a qarşı keçirəcək. “Qırmızı-qaralar” bu matçda meydan sahibi olacaq.
Yeni mövsümdə 19 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Bunlar “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”, “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK və “Şərurspor”dur.
Birinci Divizionda mübarizə aparan klublardan “Energetik”, “Göyəzən”, “Bakılı”, “Ağsu” və “Zaqatala” kubokda iştirak etməyəcək.
Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:
1/16 final (14 oktyabr)
1. MOİK - “Turan Tovuz”
2. “Şahdağ” - “Şəmkir”
3. “Şərurspor” - “Qaradağ Lökbatan”
1/8 final (2 dekabr)
“Rəvan” - “Bakı”
1-ci cütün qalibi - “İnter”
“Qarabağ” – 2-ci cütün qalibi
“Neftçala” - “Sumqayıt”
“Xəzər Lənkəran” - “Kəpəz”
“Neftçi” – 3-cü cütün qalibi
“Qəbələ” - “Mil Muğan”
AZAL - “Zirə”