2016/2017 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə “Qəbələ” Azərbaycan kubokunda ilk oyununu 1/8 final mərhələsi çərçivəsində dekabrın 2-3-də “Zaqatala”ya qarşı keçirəcək. “Qırmızı-qaralar” bu matçda meydan sahibi olacaq.
Yeni mövsümdə 18 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Bunlar “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail”dir.
Birinci Divizionda mübarizə aparan klublardan “Energetik”, “Göyəzən”, “Ağsu” və “Mil-Muğan” kubokda iştirak etməyəcək.
Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:
Azərbaycan kuboku
2016/17 mövsümü
1/16 final (12 oktyabr)
1. “Turan Tovuz” - “Bakılı”
2. “Şəmkir” - “Qaradağ Lökbatan”
1/8 final (2-3 dekabr)
1-ci cütün qalibi - “Zirə”
“Neftçi” -“Şərurspor”
“Qarabağ” - “Səbail”
MOİK - “Sumqayıt”
“İnter” – 2-ci cütün qalibi
“Şahdağ” - “Kəpəz”
“Qəbələ” - “Zaqatala”
AZAL - “Rəvan”