Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 14 Noyabr 2018 | 13:24245
Azərbaycan kubokunun püşkü atıldı

2018/2019 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə, “Qəbələ” Azərbaycan kubokunda ilk oyununu 1/4 final mərhələsi çərçivəsində keçirəcək. “Qırmızı-qaralar” bu mərhələdə “Ağsu” – “Sabah” cütünün qalibi ilə görüşəcək. Bu komandalar dekabrın 6-da üz-üzə gələcək. “Qəbələ”nin mübarizəyə qoşulacağı 1/4 finalın ilk oyunları dekabrın 15-16-da, cavab görüşləri 19-20-də baş tutacaq.

Yeni mövsümdə 12 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Topaz Premyer Liqasının 8, I divizionun 4 komandası kubok yarışında mübarizəyə başlayacaq. Bunlar “Qarabağ”, “Zirə”, “Qəbələ”, “Keşlə”, “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Sabah”, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” komandalarıdır.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:

Azərbaycan kuboku

1/8 final (6 dekabr)

1. “Ağsu” - “Sabah”

2. “Şüvəlan” - “Keşlə”

3. “Qaradağ Lökbatan” - “Sumqayıt” 

4. “Kəpəz” - “Səbail”

1/4 final (15-16 / 19-20 dekabr)

“Qəbələ” - 1-ci cütün qalibi

“Qarabağ” - 2-ci cütün qalibi 

“Neftçi” - 3-cü cütün qalibi

“Zirə” - 4-cü cütün qalibi