Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 13 Noyabr 2019 | 16:20606
Azərbaycan kubokunun püşkü atıldı

2019/2020 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə, “Qəbələ” Azərbaycan kubokunda ilk oyununu 1/4 final mərhələsi çərçivəsində keçirəcək. “Qırmızı-qaralar” bu mərhələdə “Sabah” – “Ağsu” cütünün qalibi ilə görüşəcək. Bu komandalar dekabrın 4-da üz-üzə gələcək. “Qəbələ”nin mübarizəyə qoşulacağı 1/4 finalın ilk oyunları dekabrın 15-16-da, cavab görüşləri 19-20-də baş tutacaq.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:

 

Azərbaycan kuboku

1/8 final (4 dekabr)

1. “Sabah” – “Ağsu”

2. “Qaradağ-Lökbatan” – “Zirə”

3. “Sumqayıt” – “Zaqatala”

4. “Keşlə” – “Kəpəz”

 

1/4 final (15-16 və 19-20 dekabr)

5. “Qəbələ” - 1-ci cütün qalibi

6. “Səbail” - 2-ci cütün qalibi

7. “Neftçi” - 3-cü cütün qalibi

8. “Qarabağ” - 4-cü cütün qalibi

 

1/2 final (22 və 29 aprel)

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi

 

Final (16 may)

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi