Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 24 Noyabr 2020 | 13:20223
Azərbaycan kubokunun püşkü atıldı

2020/2021 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə, “Qəbələ” Azərbaycan kubokunda ilk oyununa 1/8 final mərhələsi çərçivəsində çıxacaq. “Qırmızı-qaralar” bu mərhələdə “Turan Tovuz” ilə görüşəcək. l divizion təmsilçisi ilə qarşılaşma dekabrın 24-də baş tutacaq. “Qəbələ” bu oyunu səfərdə keçirəcək. Bu cütün qalibi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq. Mərhələnin ilk matçları gələn il fevralın 1-2-də, cavab qarşılaşmaları 6-7-də baş tutacaq.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik: 

Azərbaycan kuboku

1/8 final (24 dekabr 2020-ci il)
1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” – “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” – “Zirə”

1/4 final (1-2 fevral/6-7 fevral 2021-ci il)
5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Keşlə” – 3-cü cütün qalibi
8. “Neftçi” – 4-cü cütün qalibi

1/2 final (21 aprel/29 aprel 2021-ci il)
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final (28 may 2021-ci il)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi