Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 10 Noyabr 2021 | 15:19220
Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib. “Qəbələ” Azərbaycan kubokunda ilk oyununa 1/8 final mərhələsi çərçivəsində çıxacaq. “Qırmızı-qaralar” bu mərhələdə l divizion təmsilçisi MOİK-lə görüşəcək. Bu mərhələnin matçları dekabrın 10-11-də baş tutacaq. “Qəbələ” bu oyunu səfərdə keçirəcək. Bu cütün qalibi 1/4 finalda “Sumqayıt”la qarşılaşacaq. Mərhələnin ilk matçları gələn il fevralın 1-2-də, cavab qarşılaşmaları 12-13-də baş tutacaq.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik: 

 

Azərbaycan kuboku

2021/22 mövsümü

1/8 final

(10-11 dekabr 2021-ci il)

1. “Zaqatala” - “Səbail”

2. “Sabah” - “Kəpəz”

3. MOİK - “Qəbələ”

4. “Keşlə” - “Qaradağ Lökbatan”

 

1/4 final

(1-2 və 12-13 fevral 2022-ci il)

5. “Zirə” – 1-ci cütün qalibi

6. “Neftçi” – 2-ci cütün qalibi

7. “Sumqayıt” – 3-cü cütün qalibi

8. “Qarabağ” – 4-cü cütün qalibi

 

1/2 final

(20 və 29 aprel)

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

 

Final

(27 may)

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi