Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 19 Oktyabr 2022 | 15:34949
Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib. “Qəbələ” Azərbaycan kubokunda ilk oyununa 1/8 final mərhələsi çərçivəsində çıxacaq.

“Qırmızı-qaralar” bu mərhələdə l divizion təmsilçisi “Araz Naxçıvan”la görüşəcək. Bu mərhələnin matçları noyabrın 22-23-də baş tutacaq. “Qəbələ” bu oyunu evdə keçirəcək. Bu cütün qalibi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq. Mərhələnin ilk matçları dekabrın 8-9-da, cavab qarşılaşmaları 19-20-də baş tutacaq.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik: 

 

Azərbaycan kuboku
2022/23 mövsümü
1/8 final (22-23 noyabr 2022-ci il)

 

1. “Qəbələ” – “Araz-Naxçıvan”
2. MOİK - “Səbail”
3. “Sabah” – “Qaradağ Lökbatan”
4. “Mingəçevir” - “Zirə”

5. “Şamaxı” - “Turan Tovuz”
6. “Kəpəz” - “Sumqayıt”
1/4 final
(8-9 və 19-20 dekabr 2022-ci il)
7. “Qarabağ” - 1-ci cütün qalibi
8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
9. 4-cü cütün qalibi - “Neftçi”
10. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

1/2 final
(19 və 27 aprel)
11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
12. 10-cu cütün qalibi - 9-cu cütün qalibi

 
Final
(3 iyun)
13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi